Yelo Bank-ın rəsmi bəyanatı Bank xəbərləri 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində Yelo Bank-ın da adının yer almasına aydınlıq gətirmək istəyirik. Yelo Bank fəaliyyətini hər zaman həm beynəlxalq, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə qurur. Bank bu gün də ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davam edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir. 100% yerli kapitala malik Azərbaycan bankı olaraq, fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik həyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir. Hal-hazırda Yelo Bank-ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir. İlin 1-ci rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm kapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Məcmu kapital 177 mln manata yüksəlib, məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir. Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam edir. Məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi işlərə başlanılıb. Əminik ki, bu anlaşılmazlıq ən qısa zamanda aradan qaldırılacaq. TaglarYelo Bank Son xəbərlər Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Bank xəbərləri Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib 24/04/2026 Ölkə xarici Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24/04/2026 Neft və Qaz Goldman Sachs: Fars körfəzi ölkələrindən neft tədarükü 57% azalıb 24/04/2026 Digər xəbərlər Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Bank xəbərləri Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib 24/04/2026 Ölkə xarici Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24/04/2026 Neft və Qaz Goldman Sachs: Fars körfəzi ölkələrindən neft tədarükü 57% azalıb 24/04/2026