Goldman Sachs: Fars körfəzi ölkələrindən neft tədarükü 57% azalıb Neft və Qaz 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” bildirir ki, Fars körfəzi ölkələrindən neft tədarükü aprel ayında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından əvvəlki göstəricilərlə müqayisədə 57% azalıb. Cari ayda regionda neft hasilatı gündəlik 14,5 milyon barel azalıb. Bank hesab edir ki, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası və tam atəşkəsin əldə olunması şərti ilə müharibədən əvvəlki səviyyəyə qayıtmaq aylar çəkə bilər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yaxın Şərqdəki vəziyyət qlobal neft bazarına artan təzyiq göstərir. Brent markalı neftin qiyməti ardıcıl beş gündür artır və həftəlik artım 17% təşkil edib. Cümə axşamı Londonun ICE birjasında 2026-cı ilin iyun ayına olan Brent fyuçersləri 7 aprel tarixindən bəri ilk dəfə olaraq bir barel üçün 107 dolları ötüb. Bank analitiklərinin fikrincə, “Hörmüz boğazı nə qədər uzun müddət bağlı qalsa, [eft hasilatı və tədarükündə məhdudiyyətlər də bir o qədər davam edəcək və hasilatın bərpası daha ləng gedəcək”. TaglarFars körfəzi ölkələriGoldman Sachs Son xəbərlər Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Bank xəbərləri Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib 24/04/2026 Ölkə xarici Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24/04/2026 Bank xəbərləri Yelo Bank-ın rəsmi bəyanatı 24/04/2026 Digər xəbərlər Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Bank xəbərləri Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib 24/04/2026 Ölkə xarici Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24/04/2026 Bank xəbərləri Yelo Bank-ın rəsmi bəyanatı 24/04/2026