“AzRe Təkrarsığorta” ilk rübdə mənfəət əldə edib Sığorta xəbərləri 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “AzRe Təkrarsığorta” ASC 2026-cı ilin birinci rübünü 11.2 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 202.6% artım deməkdir. Banker.az bunu şirkətin hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesabat dövründə şirkətin ümumi gəlirləri 30 milyon manata çataraq illik müqayisədə 75.8% artıb. Eyni zamanda xərclər 16.8 milyon manat təşkil edib və 34.8% yüksəlib. Biznes əməliyyatları üzrə əsas fəaliyyət gəlirləri 30.7 milyon manat olub ki, bu da illik 17.7% artım deməkdir. Sığorta ehtiyatlarının dəyişməsi mənfi 5.9 milyon manat təşkil edib, lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidə 49.1% yaxşılaşma qeydə alınıb. Əsas əməliyyat xərcləri 10.1 milyon manata yüksələrək 39.7%, işlərin aparılması xərcləri isə 6.1 milyon manatla 19.4% artıb. İnvestisiya gəlirləri 4.9 milyon manata çataraq illik müqayisədə 156.4% artıb. Ümumilikdə xalis investisiya mənfəəti 4.9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 1.9 milyon manatla müqayisədə 158.3% çoxdur. TaglarAzRe Təkrarsığorta Son xəbərlər Ölkə xarici Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 14,5%-ə endirib 24/04/2026 Sığorta xəbərləri “AzRe Təkrarsığorta”nın rəhbərliyinə təyinat olub 24/04/2026 Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Bank xəbərləri Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib 24/04/2026 Digər xəbərlər Ölkə xarici Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 14,5%-ə endirib 24/04/2026 Sığorta xəbərləri “AzRe Təkrarsığorta”nın rəhbərliyinə təyinat olub 24/04/2026 Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Bank xəbərləri Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib 24/04/2026