İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" (ABİF) ASC 117 əməkdaşının könüllü tibbi sığortalanması və 15 avtomobilinin könüllü (KASKO) sığortalanması məqsədi ilə açıq tenderlər elan edib. "Report" xəbər verir ki, tenderlərdə iştirak haqqı müvafiq olaraq 156,5 manat və 22 manatdır. İddiaçılar təkliflərini mayın 14-nə qədər Fonda təqdim edə bilərlər. Təkliflərə mayın 14-də, saat 17:00-da baxılacaq. ABİF Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixində imzaladığı "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanı əsasında, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.