“Porsche” “Bugatti”dəki payını satıb İnvestisiya 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Almaniyanın “Porsche” şirkəti “Bugatti” brendinin sahibi olan “Bugatti Rimac” şirkətindəki 45% payını və “Rimac Group”dakı 20,6% iştirakını satdığını elan edib. Alıcı ABŞ investisiya şirkəti “HOF Capital”ın rəhbərlik etdiyi konsorsiumdur. Müqavilənin maliyyə detalları açıqlanmayıb. “Bugatti Rimac” 2021-ci ildə “Porsche” ilə Xorvatiyanın elektrik hiperkarları və komponentləri istehsal edən “Rimac Group” arasında birgə müəssisə kimi yaradılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Porsche”nin bu biznesdən çıxışı yeni baş direktor “Michael Leiters” tərəfindən aparılan restrukturizasiya ilə bağlıdır. Şirkətin açıqlamasında bildirilir ki, bu addım “əsas biznesə fokuslanmağa” imkan verəcək. Bundan əvvəl məlum olmuşdu ki, lüks elektrik avtomobillərinə, o cümlədən “Porsche” “Taycan” modelinə tələbatın zəifləməsi fonunda “Porsche” bu sahə üzrə planlarını yenidən nəzərdən keçirir və benzinli, eləcə də hibrid avtomobillərin istehsalına investisiyaları artırmağı planlaşdırır. TaglarBugattiPorsche Son xəbərlər Yerli biznes xəbərləri “Aqrarkredit” BOKT üç dayanacaq sahəsini cəmi 2.5 milyon manata satışa çıxardı 24/04/2026 FinTex Ödəniş təşkilatının direktoru dəyişdirildi 24/04/2026 Bank xəbərləri Xalq Bank ağacəkmə askiyasında iştirak etdi 24/04/2026 Təhsil MİQ-də iştirak üçün ödənişin məbləği təsdiq edilib 24/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Aqrarkredit” BOKT üç dayanacaq sahəsini cəmi 2.5 milyon manata satışa çıxardı 24/04/2026 FinTex Ödəniş təşkilatının direktoru dəyişdirildi 24/04/2026 Bank xəbərləri Xalq Bank ağacəkmə askiyasında iştirak etdi 24/04/2026 Təhsil MİQ-də iştirak üçün ödənişin məbləği təsdiq edilib 24/04/2026