May ayında Naxçıvana səyahət planlayanların nəzərinə: AZAL biletləri öncədən əldə etməyi tövsiyə edir Nəqliyyat 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir. Bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir. Qeyd olunan dövrdə sözügedən marşrut üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi planlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeyd olunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20 reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavə reyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyin olunur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bununla belə, biletlərin səyahət tarixindən öncə alınması həm sərnişinlər üçün daha rahat planlaşdırma imkanı yaradır, həm də uçuşların daha səmərəli təşkili baxımından məqsədəuyğun hesab olunur. Aviabiletləri rəsmi veb-səhifədən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından əldə etmək mümkündür. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti TaglarAZALNaxçıvan Son xəbərlər Yerli biznes xəbərləri “Aqrarkredit” BOKT üç dayanacaq sahəsini cəmi 2.5 milyon manata satışa çıxardı 24/04/2026 FinTex Ödəniş təşkilatının direktoru dəyişdirildi 24/04/2026 İnvestisiya “Porsche” “Bugatti”dəki payını satıb 24/04/2026 Bank xəbərləri Xalq Bank ağacəkmə askiyasında iştirak etdi 24/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Aqrarkredit” BOKT üç dayanacaq sahəsini cəmi 2.5 milyon manata satışa çıxardı 24/04/2026 FinTex Ödəniş təşkilatının direktoru dəyişdirildi 24/04/2026 İnvestisiya “Porsche” “Bugatti”dəki payını satıb 24/04/2026 Bank xəbərləri Xalq Bank ağacəkmə askiyasında iştirak etdi 24/04/2026