Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu Telekommunikasiya 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Şirkət TM Forum-un “Autonomous Networks Manifesto” sənədini imzalayaraq rəqəmsal transformasiya və süni intellekt əsaslı şəbəkə əməliyyat idarəçiliyində yeni mərhələyə qədəm qoydu “Azercell Telekom” MMC rəqəmsal transformasiya istiqamətində növbəti mühüm addımını ataraq, qlobal telekommunikasiya standartlarını müəyyən edən TM Forum tərəfindən irəli sürülmüş “Autonomous Networks Manifesto” sənədini rəsmi olaraq imzalayıb. Şirkət bununla Azərbaycan və MDB regionunda bu təşəbbüsə qoşulan ilk mobil operator olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Azercell və Aztelekom-un birgə həyata keçirdiyi “Autonomous Networks” layihəsi çərçivəsində əldə olunan bu nailiyyət Azercell-i qlobal səviyyədə innovativ texnologiyaların tətbiqinə öncülük edən operatorlar sırasına daxil edir. Qeyd edək ki, Avtonom Şəbəkələr süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanaraq insan müdaxiləsinə minimum ehtiyac duyan, özünü tənzimləyən, optimallaşdıran və nasazlıqları avtomatik aradan qaldırma funksiyasına malik idarəetmə modelidir. Bu yanaşma operatorlara şəbəkə idarəçiliyində daha yüksək dəqiqlik, çeviklik və dayanıqlılıq təmin edir. Layihənin icrası nəticəsində Azercell-in əməliyyat səmərəliliyinin artırılması, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi hədəflənir. Belə ki, müraciətlərin həlli müddətinin azalması, yeni xidmətlərin bazara çıxarılma və abunəçilərə çatdırılma proseslərinin sürətlənməsi gözlənilir. Eyni zamanda, proseslərin avtomatlaşdırılması hesabına əməliyyat xərclərinin (OPEX) optimallaşdırılması və insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsi təmin olunacaq. Bununla yanaşı, Azercell və Aztelekom üzrə Avtonom Şəbəkələrə dair bütün mövcud və gələcək təşəbbüslər vahid proqram çərçivəsində, TM Forum standartlarına uyğun şəkildə mərkəzləşdirilmiş qaydada idarə olunur. Qeyd edək ki, Azercell 2025-ci ildə telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Forum-a (TM Forum) rəsmi üzv olub. Şirkət innovativ texnologiyaların tətbiqi və strateji təşəbbüslər vasitəsilə ölkədə rəqəmsal ekosistemin davamlı inkişafına töhfə verməyi hədəfləyir. TaglarAzercell Telekom Son xəbərlər Sığorta xəbərləri Ləğv olunan “Atasığorta” kreditorlara müraciət etdi 24/04/2026 Bank xəbərləri Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək 24/04/2026 Əsas məlumatlar Bakıda Atatürk və Antena parkları birləşdirilir 24/04/2026 Nəqliyyat Bakıda məhəllədaxili yolların təmirinə 2.5 milyon manat ayrıldı 24/04/2026 Digər xəbərlər Sığorta xəbərləri Ləğv olunan “Atasığorta” kreditorlara müraciət etdi 24/04/2026 Bank xəbərləri Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək 24/04/2026 Əsas məlumatlar Bakıda Atatürk və Antena parkları birləşdirilir 24/04/2026 Nəqliyyat Bakıda məhəllədaxili yolların təmirinə 2.5 milyon manat ayrıldı 24/04/2026