Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Ölkə daxili 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Çexiyanın Azərbaycandakı səfirliyi ölkənin Baş naziri Andrey Babişin Azərbaycana səfərinin tarixlərini rəsmən elan edib. Siyasətçi aprelin 26-28-də Azərbaycanda üçgünlük səfərdə olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, Andrey Babişin Azərbaycana qarşıdakı səfəri barədə ilin əvvəlində məlum olmuşdu. “Report” mənbələrə istinadən xəbər vermişdi ki, səfər regional xarakter daşıyır – Çexiya hökumətinin başçısı həmçinin Qazaxıstan və Özbəkistana da səfər edəcək. Bu səfər zamanı Nazirlər Kabinetinin rəhbərini Baş nazirin birinci müavini və Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek, eləcə də çexiyalı sahibkarlardan ibarət geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək. Səfər proqramı B2B və B2G formatlarında biznes-forumların, tematik seminarların və netvörkinq tədbirlərinin keçirilməsini nəzərdə tutur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasına və qəbul edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsinə dəstək olmaqdır. MənbəREPORT TaglarAndrey BabişAzərbaycan-Çexiya Son xəbərlər Nəqliyyat Xankəndidə avtobuslar fəaliyyətə başlayır 24/04/2026 Xarici biznes xəbərləri “Meta” süni intellektə böyük investisiyalar yatırılması fonunda işçilərinin 10 faizini ixtisar edəcək 24/04/2026 Nəqliyyat Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir 24/04/2026 Menecement (təyinatlar) “Bakı Metropoliteni”ndə yeni təyinat 24/04/2026 Digər xəbərlər Nəqliyyat Xankəndidə avtobuslar fəaliyyətə başlayır 24/04/2026 Xarici biznes xəbərləri “Meta” süni intellektə böyük investisiyalar yatırılması fonunda işçilərinin 10 faizini ixtisar edəcək 24/04/2026 Nəqliyyat Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir 24/04/2026 Menecement (təyinatlar) “Bakı Metropoliteni”ndə yeni təyinat 24/04/2026