Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir Nəqliyyat 25/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ və İsrailin İrana hücumları başlayandan Tehrandan ləğv edilmiş beynəlxalq uçuşlar bu gündən bərpa olunur. Bu barədə İmam Xomeyni adına Beynəlxalq Hava Limanı məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, ilk beynəlxalq uçuşlar Türkiyənin İstanbul, Səudiyyə Ərəbistanının Mədinə və Omanın Maskat şəhərlərinə təşkil olunacaq. Xatırladaq ki, fevralın 28-də ABŞ-nin və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan sonra ölkədə hava əlaqəsi dayandırılmışdı. Daha sonra İran hakimiyyəti ölkənin əsas hava limanlarından aviareyslərin qismən bərpa edilməsi barədə qərar qəbul edib. Aprelin 18-də İslam Respublikasının hava məkanının qismən açılmasının elan edilməsindən sonra Omandan İrana ilk sərnişin təyyarəsi yola düşüb. MənbəREPORT TaglarBeynəlxalq uçuşlarTehranYaxın Şərqdə gərginlik Son xəbərlər Karyera Azərbaycanda diplomatik xidmətə qəbulda yenilik 25/04/2026 Kripto valyutalar ABŞ İrana bağlı 344 milyon dollarlıq kriptovalyutanı dondurub 25/04/2026 Ölkə xarici Tramp: ABŞ $159 milyardlıq idxal rüsumlarını geri qaytarmalıdır 25/04/2026 Nəqliyyat Xankəndidə avtobuslar fəaliyyətə başlayır 24/04/2026 Digər xəbərlər Karyera Azərbaycanda diplomatik xidmətə qəbulda yenilik 25/04/2026 Kripto valyutalar ABŞ İrana bağlı 344 milyon dollarlıq kriptovalyutanı dondurub 25/04/2026 Ölkə xarici Tramp: ABŞ $159 milyardlıq idxal rüsumlarını geri qaytarmalıdır 25/04/2026 Nəqliyyat Xankəndidə avtobuslar fəaliyyətə başlayır 24/04/2026