Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək. Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək. Qeyd edək ki, komandalar arasında ilk oyun Bakı klubunun 96:67 hesablı üstünlüyü ilə bitib.