Hesablama Palatası: Dövlət əmlakının sığortasında qiymətləndirmə fərqi var Sığorta xəbərləri 25/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda yerli icra hakimiyyətləri üzrə daşınmaz əmlakın sığortasında bərpa dəyərlərinin müəyyənləşdirilməsində fərqli yanaşmalar tətbiq edilib. Bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, 2023–2024-cü illər ərzində sığortalanmış daşınmaz əmlakların bərpa dəyərlərini 64 icra hakimiyyəti üzrə sığorta şirkətləri müəyyən edib. Digər 8 icra hakimiyyəti üzrə isə bu dəyərlər əmlakın ilkin balans dəyəri əsasında hesablanıb və sığorta haqları da buna uyğun formalaşdırılıb. Bununla yanaşı, təhlil göstərib ki, bəzi hallarda sığorta şirkətləri tərəfindən müəyyən edilən bərpa dəyərləri müvafiq əmlakın balans və ya qalıq dəyərlərindən əhəmiyyətli dərəcədə fərqlənib. Qeyd olunub ki, bu cür uyğunsuzluqlar sığorta haqlarının hesablanmasında qeyri-dəqiqliyə və risklərin düzgün qiymətləndirilməməsinə səbəb ola bilər. MənbəREPORT TaglarDövlət əmlakının sığortasıHesablama Palatası Son xəbərlər Ölkə daxili Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirilir 25/04/2026 Əsas məlumatlar Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 25/04/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 25/04/2026 Karyera Azərbaycanda diplomatik xidmətə qəbulda yenilik 25/04/2026 Digər xəbərlər Ölkə daxili Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirilir 25/04/2026 Əsas məlumatlar Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 25/04/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 25/04/2026 Karyera Azərbaycanda diplomatik xidmətə qəbulda yenilik 25/04/2026