Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Sığorta xəbərləri 25/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda bəzi dövlət təşkilatlarında istifadəyə yararsız nəqliyyat vasitələrinin sığortalanması, işlək avtomobillərin isə sığortasız qalması halları müəyyən edilib. Bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, təqdim edilmiş məlumatların təhlili göstərib ki, bəzi hallarda texniki cəhətdən nasaz və faktiki istifadədə olmayan nəqliyyat vasitələri sığortalanıb. Eyni zamanda, texniki baxımdan saz və istismarda olan nəqliyyat vasitələrinin icbari sığortasının təmin edilmədiyi faktlar da aşkarlanıb. Bununla yanaşı, nəqliyyat vasitələrinin sığortası üzrə maliyyələşmə strukturunun təhlili nəticəsində bir çox təşkilat tərəfindən bu sahə üzrə xərclərin “Vahid Büdcə Təsnifatı”na uyğun icra edilmədiyi müəyyən olunub. Qeyd edilib ki, bu kimi uyğunsuzluqlar həm maliyyə intizamının pozulmasına, həm də sığorta sistemində risklərin düzgün idarə olunmamasına səbəb olur. MənbəREPORT TaglaravtomobilHesablama PalatasıSığorta Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər 25/04/2026 Ölkə daxili Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib 25/04/2026 Ölkə daxili Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 25/04/2026 Ölkə daxili Zelenski Rusiya ilə Ukrayna arasında danışıqların Azərbaycanda keçirilməsini təklif edib 25/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər 25/04/2026 Ölkə daxili Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib 25/04/2026 Ölkə daxili Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 25/04/2026 Ölkə daxili Zelenski Rusiya ilə Ukrayna arasında danışıqların Azərbaycanda keçirilməsini təklif edib 25/04/2026