Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb Nəqliyyat 25/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Xankəndi şəhərində ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar istifadəyə verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz nəqliyyat xidmətini təmin edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları bunlardır: 1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”; 2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”; 3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək. Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub. Sözügedən marşrutlar üzrə sərnişindaşımalar elektrik avtobuslarları ilə həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür. Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək. TaglaravtobusAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Son xəbərlər Sığorta xəbərləri Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır 25/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər 25/04/2026 Ölkə daxili Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib 25/04/2026 Ölkə daxili Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 25/04/2026 Digər xəbərlər Sığorta xəbərləri Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır 25/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər 25/04/2026 Ölkə daxili Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib 25/04/2026 Ölkə daxili Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 25/04/2026