STREHLA /Almaniya/, 25 aprel. /TASS/. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib ki, Rusiya Almaniya ilə əməkdaşlığı bərpa etməyə hazırdır, lakin “özünü heç kimə sırımaq niyyətində deyil”. “Biz Almaniya ilə münasibətlərimizdə heç bir körpü və ya keçid yandırmamışıq, dağıtmamışıq. Öz tərəfimizdən, Federal Respublikanın ehtiyatlı və uzaqgörən siyasətçiləri ilə hazırlanmış geniş razılaşmalar silsiləsindən bir dənə də olsun razılaşmanı pozmamışıq”, - Neçayev TASS müxbirinin sualına cavab olaraq mediaya bildirib.