Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib Ölkə daxiliSevinc İsrafilova 25/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş ədəd sərnişin avtobusu verib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bu səfər çərçivəsində Azərbaycan icmalarımızın ehtiyacları üçün Ukraynaya humanitar yardım olaraq beş sərnişin avtobusu təqdim edib. 2022-ci ildən etibarən Azərbaycan Ukrayna xalqına dəstək vermək üçün dəfələrlə öz töhfəsini verib. Xüsusilə, enerji sistemimizin davamlı hücumlar altında işləməsini təmin etməyə kömək edən yüksək güclü generatorlar, transformatorlar və digər vacib avadanlıqlar daxil olmaqla 45 milyon dollardan çox humanitar yardım göstərib. Eyni dərəcədə vacib olan uşaqlarımıza göstərilən dəstəkdir. 500-dən çox ukraynalı uşaq Azərbaycanda bərpa proqramlarında iştirak edib – bu isə müharibə dövründə xüsusilə dəyərlidir. Biz bu həmrəyliyi yüksək qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir”, – Sibiqa qeyd edib. MənbəAPA TaglarAndrey SibiqaAzərbaycan-Ukraynasərnişin avtobusu Son xəbərlər Ölkə xarici Moskva Zelenskinin təklifinə reaksiya verib: Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər 25/04/2026 Avto xəbərlər Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb 25/04/2026 Rəsmi sənədlər Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb 25/04/2026 Ölkə daxili Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – Yenilənib 25/04/2026 Digər xəbərlər Ölkə xarici Moskva Zelenskinin təklifinə reaksiya verib: Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər 25/04/2026 Avto xəbərlər Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb 25/04/2026 Rəsmi sənədlər Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb 25/04/2026 Ölkə daxili Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – Yenilənib 25/04/2026