Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb Avto xəbərlər 25/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 29,9 milyon ABŞ dolları dəyərində 919 ədəd avtomobil ixrac edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 53 % azdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Bu ilin ilk 3 ayı ərzində Gürcüstan xarici ölkələrə 364,5 milyon ABŞ dolları dəyərində 14 min 237 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 27 % və 30 % azdır. Hesabat dövründə Gürcüstandan Qırğızıstana 183,6 milyon ABŞ dolları dəyərində 4 min 459 ədəd, Qazaxıstana 85,9 milyon ABŞ dolları dəyərində 5 min 422 ədəd, Tacikistana 20,2 milyon ABŞ dolları dəyərində 1 min 250 ədəd, Ermənistana 13,75 milyon ABŞ dolları dəyərində 596 ədəd avtomobil tədarük edilib. Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb. MənbəREPORT TaglaravtomobilAzərbaycan-Gürcüstan Son xəbərlər Neft və Qaz Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb 25/04/2026 Ölkə daxili Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib 25/04/2026 Ölkə xarici Moskva Zelenskinin təklifinə reaksiya verib: Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər 25/04/2026 Rəsmi sənədlər Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb 25/04/2026 Digər xəbərlər Neft və Qaz Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb 25/04/2026 Ölkə daxili Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib 25/04/2026 Ölkə xarici Moskva Zelenskinin təklifinə reaksiya verib: Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər 25/04/2026 Rəsmi sənədlər Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb 25/04/2026