Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdə keçirilən "Skistar Winter Games" beynəlxalq yarışında iştirak edib. "Report" Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, xizəkçi yarışın slalom növündə mübarizə aparıb. U-14 yaş kateqoriyası üzrə yarışan Ş.Akselsson 4-cü pilləni tutub. Qeyd edək ki, turnirdə 12 ölkədən 80 idmançı mübarizə aparıb.