Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib. "Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib. Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb. Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. Tura aprelin 27-də yekun vurulacaq.