Mənzillərdə “kombi”lərdən istifadə məhdudlaşdırılır Ölkə daxili 25/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin dövrü məhdudlaşır. Nazirlər Kabinetinin yeni qərarı ilə binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sisteminə icazə veriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məhdudiyyət təkcə texniki məsələ deyil. Mütəxəssislər bildirirlər ki, hündürmərtəbəli binalarda hər mənzildən çıxan borular həm estetik görünüşü pozur, həm də insan həyatı üçün gizli təhlükə mənbəyinə çevrilir. Qərarda alternativ yollar da göstərilib. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri – məsələn, günəş panelləri ilə təmin ediləcəksə, fərdi sistemlərə icazə verilə bilər. Digər hallarda isə əsas yük 2025-ci ildən etibarən genişlənəcək mini qazanxanaların üzərinə düşəcək. Bu həm də binaların vahid mərkəzdən və daha təhlükəsiz qızdırılması deməkdir. Yeni qaydalar həm tikinti şirkətləri, həm də mənzil alacaq vətəndaşlar üçün yeni standartlar formalaşdırır. Artıq mənzil seçərkən binanın neçə mərtəbəli olması və istilik sisteminin növü əsas şərtlərdən biri olacaq. MənbəXezerxeber.az TaglarAzərbaycan Nazirlər Kabinetifərdi istilik sistemlərikombi Son xəbərlər Neft və Qaz Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb 25/04/2026 Ölkə daxili Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib 25/04/2026 Ölkə xarici Moskva Zelenskinin təklifinə reaksiya verib: Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər 25/04/2026 Avto xəbərlər Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb 25/04/2026 Digər xəbərlər Neft və Qaz Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb 25/04/2026 Ölkə daxili Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib 25/04/2026 Ölkə xarici Moskva Zelenskinin təklifinə reaksiya verib: Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər 25/04/2026 Avto xəbərlər Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb 25/04/2026