Nyu-York, 26 aprel. /TASS/. Aprelin 13-də İrana qarşı dəniz blokadası başlayandan bəri ABŞ hərbçiləri İran limanlarından çıxmağa və ya ora daxil olmağa cəhd edən 37 gəmini yönləndirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib. Komandanlığın X səhifəsində yayımlanan bəyanatda deyilir: “ABŞ qüvvələri ABŞ sanksiyalarını tətbiq etməyə və İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərə qarşı blokadanı tam şəkildə həyata keçirməyə davam edir. Blokada başlayandan bəri 37 gəmi yönləndirilib”. Daha əvvəl İranın Xarici İşlər Naziri Abbas Araqçi Hörmüz boğazının ticarət gəmiləri üçün yenidən açıldığını bildirmişdi. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yekun razılıq əldə olunana qədər İran sularının blokadasını davam etdirəcək. Bundan sonra İran Silahlı Qüvvələri boğazı Amerika dəniz blokadası tamamilə qaldırılana qədər bağladıqlarını bəyan ediblər. Ordu gəmi sahiblərini yalnız İran tövsiyələrinə əməl etməyə çağırıb və Trampın Hörmüz boğazındakı vəziyyətlə bağlı bəyanatlarını “etibarsız” adlandırıb.