İndoneziyanın Sumatra adasında oranqutanların yaşadığı meşədən yol çəkiləndə, bu, Sumatra oranqutan icmasını iki yerə böldü və qohum evliliyinin sağlamlıq problemlərinə və nəticədə nəsli kəsilməsinə səbəb ola biləcəyi qorxusuna yol açdı. Sumatra Orangutan Society (SOS) və Tangguh Hutan Khatulistiwa kimi qoruma qrupları, hökumətin köməyi ilə, oranqutan icmalarının iki meşə tərəfi arasında keçmək üçün istifadə edəcəyi ümidi ilə bir körpü tikdilər. Lakin körpü iki il ərzində istifadəsiz qaldı – ta ki bir oranqutan keçidə cəsarət edib digər tərəfə çatana qədər. SOS -un baş icraçı direktoru Helen Buckland BBC-yə uzun müddətdir gözlənilən və həyəcanverici keçidin primatlar üçün vəziyyəti necə əhəmiyyətli dərəcədə dəyişə biləcəyini danışdı. Video Emaan Warraich .