Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu bu gün keçiriləcək. "Report"un məlumatına görə, "Neftçi" "Abşeron Lions"la üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək. İlk görüşdə "Abşeron Lions" qələbə qazanıb - 95:89. Yarımfinalda iki qalibiyyətə çatan kollektiv finala yüksələcək. Bu duelin güclüsü finalda "Sabah"a rəqib olacaq.