Azərbaycanda dövlət əmlakının icbari sığortasında metodoloji uyğunsuzluq aşkarlanıb Sığorta xəbərləri 26/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda dövlət əmlakının icbari sığortası üzrə sığorta haqlarının hesablanmasında vahid metodoloji yanaşma bütün hallarda tətbiq edilməyib. Bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası”nda nəzərdə tutulan əsas göstəricilər – maliyyə göstəriciləri, risk amilləri və əmlakın təyinatı sığorta haqlarının hesablanması zamanı bəzi hallarda vahid qaydada tətbiq olunmayıb. Təhlil zamanı müəyyən edilib ki, bəzi təşkilatlar üzrə yüksək azadolma məbləği müəyyənləşdirilib. Bu isə sığorta hadisəsi baş verdiyi halda zərərin bir hissəsinin qarşılanmaması riskini yaradıb. Qeyd olunub ki, icbari sığorta üzrə bərpa dəyərlərinin və sığorta haqlarının hesablanmasında metodoloji uyğunsuzluqların mövcudluğu, eləcə də yüksək azadolma məbləğlərinin tətbiqi dövlət əmlakının tam sığortalanmasını məhdudlaşdırıb. Bu hal əmlakın qorunub saxlanılması, zərərin tam kompensasiyası və büdcə vəsaitlərindən səmərəli istifadə prinsiplərinə uyğun hesab edilməyib. MənbəREPORT TaglarDövlət əmlakının sığortasıHesablama Palatası Son xəbərlər Ölkə daxili Azərbaycan Prezidenti: Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir 26/04/2026 Ölkə xarici Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxsin kimliyi məlum olub 26/04/2026 Digər xəbərlər Trampın olduğu tədbirdə atışma olub 26/04/2026 Ölkə xarici Tramp ABŞ-ın İrandan yeni təklif aldığını bildirib 26/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycan Prezidenti: Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir 26/04/2026 Ölkə xarici Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxsin kimliyi məlum olub 26/04/2026 Digər xəbərlər Trampın olduğu tədbirdə atışma olub 26/04/2026 Ölkə xarici Tramp ABŞ-ın İrandan yeni təklif aldığını bildirib 26/04/2026