"Arsenal" komandası İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. "Report" "Opta Sports"a istinadən xəbər verir ki, "topçular" buna XXXIV turda "Nyukasl"ı məğlub etdikləri (1:0) matçda nail olub. London təmsilçisi çempionatda künc zərbələrindən vurulan qollara görə rekord müəyyənləşdirib. Komandanın cari mövsümdə 17 belə qolu var. Daha əvvəl "Oldhem" (1992/1993), "Vest Bromviç" (2016/2017) və "Arsenal" (2023/2024) bir mövsümdə künc zərbələrindən 16 dəfə fərqləniblər. Xatırladaq ki, "Arsenal" hazırda Premyer Liqada 73 xalla liderdir.