Xəzər dənizində zəlzələ baş verib. Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 11:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki, bu ay Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, Xəzərdə aprelin 23-də də zəlzələ olub.