Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 13 % artıb Ümumi iqtisadi xəbərlər 26/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 28,14 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 5-ci yerdə qərarlaşıb. Bu ilin ilk 3 ayı ərzində Gürcüstan xarici ölkələrdən 516,6 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 48 % çoxdur. Hesabat dövründə Gürcüstan Rusiyadan 269 milyon ABŞ dolları, Türkiyədən 48,6 milyon ABŞ dolları, Rumıniyadan 40,85 milyon ABŞ dolları, Bolqarıstandan 30,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. MənbəREPORT TaglarAzərbaycan-Gürcüstanyanacaq Son xəbərlər Ölkə daxili İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb 26/04/2026 İdman Dünyanın ən bahalı klubları açıqlanıb 26/04/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 26/04/2026 Ümumi iqtisadi xəbərlər İranda müharibə səbəbindən fıstıq qiymətlərində yüksək artım qeydə alınıb 26/04/2026 Digər xəbərlər Ölkə daxili İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb 26/04/2026 İdman Dünyanın ən bahalı klubları açıqlanıb 26/04/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 26/04/2026 Ümumi iqtisadi xəbərlər İranda müharibə səbəbindən fıstıq qiymətlərində yüksək artım qeydə alınıb 26/04/2026