Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Cavad xan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ-2104" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.