Borca görə ölkədən çıxışa hansı hallarda məhdudiyyət qoyula bilər? Ölkə daxili 26/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Banka borcun olması və ya həmin borcun hələ ödənilməməsi vətəndaşın ölkədən çıxışına avtomatik qadağa qoyulması üçün təkbaşına əsas sayılmır. Belə məhdudiyyət yalnız məhkəmə qərarı əsasında və borcun üzürsüz səbəbdən ödənilməməsi sübut olunduqda tətbiq edilə bilər. Bəzən vətəndaşlar ölkədən çıxışlarına məhdudiyyət qoyulduğunu yalnız hava limanında və ya sərhəddə öyrənirlər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hüquqşünas Əkrəm Həsənov bildirir ki, belə qadağanı nə bank, nə də icra məmuru birbaşa tətbiq edə bilər. Ölkədən çıxışa məhdudiyyət yalnız məhkəmə qərarı ilə mümkündür. Başqa sözlə, əsas məsələ borcun olması yox, həmin borcun hansı səbəbdən ödənilməməsidir. Əgər vətəndaşın real imkanı yoxdursa, yaxud borc artıq onun maaşından və ya pensiyasından tutulursa, bu halda onun borcdan yayınması kimi qiymətləndirilməsi də mübahisə mövzusudur. Hüquqşünasın sözlərinə görə, “üzürsüz səbəb” anlayışı şəxsin imkanı ola-ola borcu ödəməməsi deməkdir. Yəni icra qurumu məhkəmədə sübut etməlidir ki, vətəndaşın ödəmə imkanı var, amma buna baxmayaraq, borcu ödəməkdən yayınır. Qeyd edək ki, borcun elə hava limanında onlayn ödənilməsi də çıxış məhdudiyyətini dərhal aradan qaldırmır. Çünki sistemdəki qadağa yalnız müvafiq icra məmuru tərəfindən götürülür. Hüquqşünaslar tövsiyə edirlər ki, borcu olan şəxslər səfərdən əvvəl barələrində ölkədən çıxış məhdudiyyəti olub-olmadığını dəqiqləşdirsinlər. MənbəXezerxeber.az TaglarborcƏkrəm Həsənovölkədən çıxışa məhdudiyyət Son xəbərlər Daşınmaz əmlak Sosial mənzil almaq üçün kimlər yenidən müraciət edə bilər? 26/04/2026 Texnologiya xəbərləri Maskın “XChat” messenceri istifadəyə verilib 26/04/2026 Ölkə daxili İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb 26/04/2026 İdman Dünyanın ən bahalı klubları açıqlanıb 26/04/2026 Digər xəbərlər Daşınmaz əmlak Sosial mənzil almaq üçün kimlər yenidən müraciət edə bilər? 26/04/2026 Texnologiya xəbərləri Maskın “XChat” messenceri istifadəyə verilib 26/04/2026 Ölkə daxili İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb 26/04/2026 İdman Dünyanın ən bahalı klubları açıqlanıb 26/04/2026