Şəkidə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Təpəcənnət kəndində baş verib. Belə ki, Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarovu elektrik cərəyanı vurub. O, hadisə yerində həyatını itirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.