Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib Bank xəbərləri 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Layihəyə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti Mərkəzi Banka məlumat verilməklə həyata keçirilə bilər. Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıqdır. Reyestrə icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. MənbəAPA TaglarMaliyyə icarəsireyestr Son xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026 Ölkə daxili Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir – Kimlər işdən çıxarıla bilər? 27/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026 Ölkə daxili Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir – Kimlər işdən çıxarıla bilər? 27/04/2026