Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? Vergi xəbərləri 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Mən fiziki şəxs olaraq mənzilimi yerli fiziki şəxsə, kommunal ödənişlər daxil olmaqla, 600 manata kirayəyə vermişəm. Bilmək istəyirəm ki, ödəmə mənbəyindən vergi hesablanarkən 10% vergi həmin məbləğdən birbaşa hesablanır, yoxsa kommunal xərclər çıxıldıqdan sonra hesablanır? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir. Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir. Sorğuya cavab olaraq bildirilib ki, daşınmaz əmlakın kirayəsindən əldə olunan gəlir üzrə vergi öhdəliyi tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş kirayə haqqı məbləğinə tətbiq olunur. Əgər müqavilədə kirayə haqqı 600 manat qeyd edilibsə, vergi birbaşa həmin məbləğ üzərindən hesablanacaq. Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri Mənbəvergiler.az Taglarkirayə haqqıvergi Son xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Ölkə daxili Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir – Kimlər işdən çıxarıla bilər? 27/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Ölkə daxili Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir – Kimlər işdən çıxarıla bilər? 27/04/2026