Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir – Kimlər işdən çıxarıla bilər? Ölkə daxili 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək: – tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə; – işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib Son xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026