Azərbaycanda işə qəbul üçün tələb olunan sənədlərin sayı artırılır Ölkə daxili 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar. Banker xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar. Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçncü oxunuşda qəbul edilib. TaglarƏmək Məcəlləsiişə qəbulMilli Məclis Son xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026