AccessBank yenilənmiş Binəqədi filialında biznes xidmətlərini genişləndirir Bank xəbərləri 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®AccessBank xidmət şəbəkəsinin modernləşdirilməsi və müştərilərə yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirərək, Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi. Filial Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani-Axundov küçəsində yerləşir və artıq müştərilərə yeni yanaşma ilə xidmət göstərir. Filialda fiziki şəxslər üçün istehlak kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri və valyuta mübadiləsi kimi ənənəvi bank xidmətləri təqdim olunmağa davam edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yenilənmiş konsepsiyanın əsas xüsusiyyəti isə filialın biznes yönümlü xidmət modelinə keçməsidir. Binəqədi filialında artıq biznes müştərilərinə xüsusi diqqət ayrılır və onlar üçün ayrıca xidmət bölməsi fəaliyyət göstərir. Bu çərçivədə mikro və aqro bizneslə məşğul olan sahibkarlar üçün kredit müraciətlərinin qəbulu, qiymətləndirilməsi və rəsmiləşdirilməsi prosesi birbaşa filialda həyata keçirilir. Yeni konsept əsasında təmir olunaraq istifadəyə verilmiş filial, müştərilər üçün daha funksional və rahat xidmət mühiti yaratmaqla yanaşı, biznes sahiblərinə daha sürətli və səmərəli bank xidmətlərinə çıxış imkanı təqdim edir. Bu yanaşma AccessBank-ın xüsusilə mikro və aqro sahibkarlığın inkişafına verdiyi dəstəyin daha da gücləndirilməsinə xidmət edir. AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz. Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz. *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. TaglarAccessBank Son xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək 27/04/2026 Təhsil Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək 27/04/2026 Bank xəbərləri Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib 27/04/2026 Vergi xəbərləri Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 27/04/2026