Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini və katibləri müəyyənləşib. "Report" xəbər verir ki, bununla bağlı qərar MSK-nın bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, MSK üzvləri Rövzət Qasımovun sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimovun isə katib seçilməsi qərara alınıb. Qərar səsverməyə qoyularaq MSK üzvləri tərəfindən dəstəklənib. Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir. "Report" xəbər verir ki, iclasın gündəliyinə əsasən, MSK sədri, onun müavini və katibləri seçiləcək. Qeyd edək ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir. Xatırladaq ki, Milli Məclisdə bu gün qəbul edilən qərara əsasən, MSK üzvləri aşağıdakılar müəyyənləşib: Abdullayeva Sevinc Qurban qızı, Qəhramanlı Almas Əlisultan qızı,