İlham Əliyev: Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur Ümumi iqtisadi xəbərlər 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Prezidenti İlham Əliyev Çexiya ilə bu gün də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını və 800 milyon dollardan çox olduğunu deyib. Banker xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə Qəbələdə mətbuata bəyanatında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Əgər ticarət dövriyyəsinin strukturuna baxsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir”, – Prezident qeyd edib. Dövlət başçısı əlavə edib ki, bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparılıb: “Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”. Son xəbərlər Nəqliyyat Bu metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 27/04/2026 Telekommunikasiya Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir 27/04/2026 Ümumi iqtisadi xəbərlər SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib 27/04/2026 Yerli biznes xəbərləri Milyonluq “AZMAK” şirkətilə “Bakı Taxıl” ASC-nin borc və məhkəmə məsələlərinə baxacaq 27/04/2026 Digər xəbərlər Nəqliyyat Bu metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 27/04/2026 Telekommunikasiya Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir 27/04/2026 Ümumi iqtisadi xəbərlər SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib 27/04/2026 Yerli biznes xəbərləri Milyonluq “AZMAK” şirkətilə “Bakı Taxıl” ASC-nin borc və məhkəmə məsələlərinə baxacaq 27/04/2026