Mərkəzi Bank: Azərbaycanda islam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması gecikir Maliyyə xəbərləri 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində ötən il sukuk və kapital bazarlarına aid digər İslam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması və təşviq edilməsi baş tutmayıb. Bu barədə AMB-nin məlumatında bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan başqa, məlumata görə, kapital bazarları ilə bağlı kraudfandinq sahəsində normativ bazanın formalaşdırılması, o cümlədən peşəkar investorlara dair tələblər üzrə tənzimləyici çərçivənin formalaşdırılması, investisiya şirkətinin davamlı kapital tələbləri, hesabatlıq standartları və lisenziyalaşdırılan şəxslərin risk skorinqinin müəyyən edilməsi üzrə metodologiyanın hazırlanması, maliyyə vasitəçilərinin iflası halında investorları qorumaq məqsədilə investor kompensasiyası sxeminin yaradılması və qiymətli kağızların mövcud emissiya qaydalarının yenidən işlənməsi fəaliyyətlərinin icrası da təmin edilməyib. AMB növbəti dövrdə IOSCO prinsiplərinə uyğunluğun təmin edilməsini, klirinq və hesablaşma funksiyaları baxımından əsas infrastruktur elementi kimi MKİ-nin yaradılması potensialının qiymətləndirilməsini, investisiya fondları ilə bağlı tənzimləyici çərçivənin qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsini, təkmilləşdirilmiş nəzarət planının tərtib edilməsi və nəzarət alətlərinə, məlumat mənbələrinə və təhlil metodlarına (SupTech) yenidən baxılmasını, risk əsaslı nəzarət çərçivəsinin hazırlanmasını və tətbiqini planlaşdırır. MənbəREPORT TaglarAzərbaycan Mərkəzi Bankı (AMB)maliyyə Son xəbərlər Texnologiya xəbərləri “Apple” ən bahalı kompüterini buraxacaq 27/04/2026 Ölkə daxili Hesablama Palatasının sədri: “Qarabağda tikinti layihələrində qənaətlə istifadə prinsipi gözlənilməyib” 27/04/2026 Bank xəbərləri “Rabitəbank” sahibkarlar gününün 10 illiyi münasibətilə xüsusi kampaniyaya start verir 27/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir 27/04/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Apple” ən bahalı kompüterini buraxacaq 27/04/2026 Ölkə daxili Hesablama Palatasının sədri: “Qarabağda tikinti layihələrində qənaətlə istifadə prinsipi gözlənilməyib” 27/04/2026 Bank xəbərləri “Rabitəbank” sahibkarlar gününün 10 illiyi münasibətilə xüsusi kampaniyaya start verir 27/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir 27/04/2026