“Apple” ən bahalı kompüterini buraxacaq Texnologiya xəbərləri 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Apple Inc.” korporasiyası yaxın zamanda “MacBook Ultra” noutbukunu təqdim edəcək. Sözügedən model brendin kompüterlər xəttində ən qabaqcıl və ən bahalı modeli olacaq. Bu barədə “MacRumors” nəşri nüfuzlu insayder Mark Qurmana istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qurmanın sözlərinə görə, şirkət tamamilə yeni “MacBook Ultra” modelini təqdim etməyə hazırlaşır. Bu, “Mac” ailəsində ən bahalı portativ kompüter olacaq və bütün “MacBook Pro” versiyalarını geridə qoyacaq. Bununla belə, Mark Gurman cihazın ehtimal olunan qiymətini açıqlamayıb. İnsayder modelin əsas xüsusiyyətlərini də sadalayıb. Bunlara toxunuşa həssas OLED display daxildir. Bu isə qurğunu yalnız klaviatura və siçanla deyil, həm də barmaqlarla idarə etməyə imkan verəcək. Bundan əlavə, flaqman kompüter “Dynamic Island” çıxıntısı ilə təchiz olunacaq ki, bu da iPhone modellərində istifadə olunur. Məqalədə qeyd olunur ki, cihaz M6 Pro və M6 Max prosessorları ilə işləyəcək. Bu çiplər iki nanometrlik texproses əsasında hazırlanacaq ki, bu da standart göstəricilərlə müqayisədə məhsuldarlıq və enerji səmərəliliyini artırmalıdır. Böyük ehtimalla, model 2027-ci ilin əvvəlində təqdim ediləcək. MənbəTREND TaglarappleMacBook Ultra Son xəbərlər Energetika Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” üzrə sazişi ratifikasiya edib 27/04/2026 Ölkə daxili Hesablama Palatasının sədri: “Qarabağda tikinti layihələrində qənaətlə istifadə prinsipi gözlənilməyib” 27/04/2026 Bank xəbərləri “Rabitəbank” sahibkarlar gününün 10 illiyi münasibətilə xüsusi kampaniyaya start verir 27/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir 27/04/2026 Digər xəbərlər Energetika Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” üzrə sazişi ratifikasiya edib 27/04/2026 Ölkə daxili Hesablama Palatasının sədri: “Qarabağda tikinti layihələrində qənaətlə istifadə prinsipi gözlənilməyib” 27/04/2026 Bank xəbərləri “Rabitəbank” sahibkarlar gününün 10 illiyi münasibətilə xüsusi kampaniyaya start verir 27/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir 27/04/2026