Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” üzrə sazişi ratifikasiya edib Energetika 27/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiya edilməsi barədə” Qanunu imzalayıb. Qanunun mətni mətbuatda dərc olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Saziş 13 noyabr 2024-cü ildə Bakıda üç dövlətin başçıları tərəfindən imzalanıb. Sənəd təmiz energetika və enerji səmərəliliyi sahəsində strateji tərəfdaşlığın inkişafına yönəlib. Söhbət ekoloji təmiz hidrogen və ammonyakın istehsalı və ticarəti üzrə birgə layihələrin həyata keçirilməsindən, eləcə də bərpa olunan elektrik enerjisinin etibarlı transsərhəd ötürülməsi üçün şəraitin yaradılmasından gedir. Tərəflər “yaşıl elektrik enerjisi”nin sabit ötürülməsi üçün texniki və kommersiya parametrlərini müəyyən etmək, müasir enerji səmərəli texnologiyaları tətbiq etmək və enerjinin, o cümlədən Avropa istiqamətində ixracı üçün infrastrukturu inkişaf etdirmək barədə razılığa gəliblər. Daxili enerji şəbəkələrinin genişləndirilməsinə və Qara dəniz sualtı elektrik verilişi xəttinə qoşulma imkanlarının öyrənilməsinə xüsusi diqqət yetirilib. Saziş çərçivəsində paritet əsasda ildə ən azı iki dəfə toplanacaq Rəhbər Komitə, həmçinin illik əməkdaşlıq planlarının hazırlanması üçün işçi qrup yaradılır. Həmçinin məlumatların məxfiliyinə dair müddəalar və mübahisələrin məsləhətləşmələr və danışıqlar yolu ilə həlli mexanizmləri təsbit edilib. MənbəREPORT TaglarKasım-Jomart TokayevQazaxıstanyaşıl enerji Son xəbərlər Texnologiya xəbərləri “Apple” ən bahalı kompüterini buraxacaq 27/04/2026 Ölkə daxili Hesablama Palatasının sədri: “Qarabağda tikinti layihələrində qənaətlə istifadə prinsipi gözlənilməyib” 27/04/2026 Bank xəbərləri “Rabitəbank” sahibkarlar gününün 10 illiyi münasibətilə xüsusi kampaniyaya start verir 27/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir 27/04/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Apple” ən bahalı kompüterini buraxacaq 27/04/2026 Ölkə daxili Hesablama Palatasının sədri: “Qarabağda tikinti layihələrində qənaətlə istifadə prinsipi gözlənilməyib” 27/04/2026 Bank xəbərləri “Rabitəbank” sahibkarlar gününün 10 illiyi münasibətilə xüsusi kampaniyaya start verir 27/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir 27/04/2026