AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün! Bank xəbərləri 28/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®AFB Bank fərdi peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi hazırlanmış “Peşə Krediti” məhsulunu təqdim edir. Öz işini böyütmək, yeni avadanlıq almaq, fəaliyyətini genişləndirmək və ya əlavə maliyyə dəstəyi əldə etmək istəyənlər üçün indi daha əlverişli fürsət yaranıb. Yeni məhsul çərçivəsində müştərilər 50 000 AZN-dək kredit məbləği, 36 ayadək müddət, sürətli rəsmiləşdirmə və sadə şərtlərlə maliyyə dəstəyi əldə edə bilərlər. Bu isə peşə sahiblərinə vaxt itirmədən ehtiyac duyduqları vəsaiti əldə etməyə imkan yaradır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Peşə Krediti” bir çox sahələrdə çalışan şəxslər üçün nəzərdə tutulub. Məhsuldan dərzilər, ustalar, repetitorlar, sürücülər, dizaynerlər, proqramçılar, fotoqraflar, bərbərlər, aşpazlar və digər fərdi fəaliyyət göstərən şəxslər yararlana bilərlər. AFB Bank inanır ki, hər bir peşə sahibi inkişaf etmək, qazancını artırmaq və işini növbəti mərhələyə daşımaq imkanına sahib olmalıdır. Məhz buna görə “Peşə Krediti” maksimum rahatlıq və əlçatanlıq prinsipi ilə hazırlanıb. Əgər siz də öz işinizə sərmayə qoymaq, fəaliyyətinizi genişləndirmək və arzularınızı reallaşdırmaq istəyirsinizsə, indi müraciət etməyin tam vaxtıdır. Ətraflı məlumat və müraciət üçün: https://afb.az/pese-krediti Hazırda AFB Bank ölkə üzrə 12 satış nöqtəsi ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər. TaglarAFB BankPeşə Krediti Son xəbərlər Bank xəbərləri İllik 5%-dək endirim – SƏNİN XEYRİNƏ 28/04/2026 Analitika Terafab — Maskın yeni meqa-mərci. Layihədə problem nədir? 28/04/2026 Sığorta xəbərləri Həyat sığortaçıları ilk rübdə 23 mln. manat xalis mənfəət əldə ediblər – SİYAHI 28/04/2026 Xarici biznes xəbərləri “Shell” Kanadanın “ARC Resources” şirkətini $16,4 milyarda alır 28/04/2026 Digər xəbərlər Bank xəbərləri İllik 5%-dək endirim – SƏNİN XEYRİNƏ 28/04/2026 Analitika Terafab — Maskın yeni meqa-mərci. Layihədə problem nədir? 28/04/2026 Sığorta xəbərləri Həyat sığortaçıları ilk rübdə 23 mln. manat xalis mənfəət əldə ediblər – SİYAHI 28/04/2026 Xarici biznes xəbərləri “Shell” Kanadanın “ARC Resources” şirkətini $16,4 milyarda alır 28/04/2026