Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla ABŞ-də səfərdədirlər Ölkə xarici 28/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Böyük Britaniyanın kralı III Çarlz və kraliça Kamilla ABŞ-nin Merilend ştatındakı Endryus birgə hərbi bazasına eniş ediblər. Bu barədə “The Guardian” məlumat yayıb. CNN bildirir ki, Böyük Britaniya kralı və kraliçasını Ağ evdə ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayacaqlar. Bundan sonra onlar Yaşıl otaqda qapalı çay süfrəsində iştirak edəcək, bağda keçiriləcək tədbirə qatılacaq, daha sonra isə Ağ ev qarşısında hərbi baxış da daxil olmaqla rəsmi mərasimlərdə iştirak edəcəklər. III Çarlz həmçinin Konqresdə birgə müraciətlə çıxış edəcək, bundan sonra dövlət şam yeməyinə qatılacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Kral və kraliçanın səfəri ABŞ-nin müstəqilliyinin 250 illiyi ilə əlaqələndirilib. III Çarlz və Kamilla ABŞ-də dörd gün dövlət səfərində olacaqlar. CNN-in məlumatına görə, aprelin 26-da Ağ ev müxbirləri assosiasiyasının şam yeməyində baş verən atışma səbəbindən Britaniya kral ailəsinin ABŞ-dəki bir və ya iki görüşündə kiçik dəyişikliklər ediləcək. TaglarABŞBöyük BritaniyaIII Çarlz Son xəbərlər Ölkə daxili Dövlət qurumlarına müraciətlərlə bağlı yeni qaydalar gəlir 28/04/2026 Bank xəbərləri İllik 5%-dək endirim – SƏNİN XEYRİNƏ 28/04/2026 Bank xəbərləri AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün! 28/04/2026 Analitika Terafab — Maskın yeni meqa-mərci. Layihədə problem nədir? 28/04/2026 Digər xəbərlər Ölkə daxili Dövlət qurumlarına müraciətlərlə bağlı yeni qaydalar gəlir 28/04/2026 Bank xəbərləri İllik 5%-dək endirim – SƏNİN XEYRİNƏ 28/04/2026 Bank xəbərləri AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün! 28/04/2026 Analitika Terafab — Maskın yeni meqa-mərci. Layihədə problem nədir? 28/04/2026