Bu şəxslər MİQ-də pulsuz iştirak edəcəklər Təhsil 28/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakın ödənişli tətbiqinə baxmayaraq, sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir və bu qruplara xüsusi güzəşt mexanizmi müəyyən edilib. Bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı açıqlayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Təqdim olunan dəyişikliklərə əsasən müəllimlərin işə qəbulu müsabiqəsində iştirakın ödənişli olması nəzərdə tutulsa da, sosial ədalət və inklüzivlik prinsiplərinin qorunması məqsədilə müəyyən kateqoriyalara münasibətdə ödəniş tətbiq olunmur. Bu yanaşma xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin müsabiqəyə çıxış imkanlarının məhdudlaşmasının qarşısını almağa xidmət edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslər, Əlilliyi olan şəxslər, Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, Şəhid ailəsinin üzvləri, Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər üçün iştirak ödəniş nəzərdə tutulmayıb. Bu güzəşt mexanizmi dövlətin sosial yönümlü siyasətinin tərkib hissəsi olmaqla yanaşı, MİQ müsabiqəsində bərabər imkanların təmin edilməsinə, həssas qrupların əmək bazarına inteqrasiyasına və onların təhsil sistemində iştirakının stimullaşdırılmasına şərait yaradır”. Qeyd edək ki, MİQ-də iştirak etmək üçün ödənişin məbləği 60 manat olacaq MənbəModern.az TaglarMİQpulsuz Son xəbərlər Yerli biznes xəbərləri “Uğur Sağlık Teknolojileri Azərbaycan” şirkətinin nizamnamə kapitalı yarıbayarı azaldıldı 28/04/2026 Ölkə daxili “ASAN Xidmət”ə yeni səlahiyyət verildi 28/04/2026 Ölkə daxili Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib 28/04/2026 Elnur Quliyev Neft niyə dollar ilə satılır? [bloq] 28/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Uğur Sağlık Teknolojileri Azərbaycan” şirkətinin nizamnamə kapitalı yarıbayarı azaldıldı 28/04/2026 Ölkə daxili “ASAN Xidmət”ə yeni səlahiyyət verildi 28/04/2026 Ölkə daxili Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib 28/04/2026 Elnur Quliyev Neft niyə dollar ilə satılır? [bloq] 28/04/2026