Oxfam: İri neft şirkətləri 2026-cı ildə saniyədə təxminən 3 min dollar qazanır Neft və Qaz 28/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Dünyanın altı böyük neft şirkəti — Chevron, Shell, BP, ConocoPhillips, ExxonMobil və TotalEnergies — 2026-cı ildə saniyədə təxminən 3 min dollar gəlir əldə edəcək. Bu barədə yoxsulluqla mübarizə sahəsində fəaliyyət göstərən Oxfam təşkilatının hesabatında bildirilir. Tədqiqat aprelin 26-da Kolumbiyanın Santa-Marta şəhərində keçirilən fosil yanacaqlardan keçid üzrə ilk qlobal konfrans ərəfəsində təqdim olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Təşkilatın məlumatına görə, şirkətlərin öz proqnozlarına əsasən, 2026-cı ildə saniyədə 2967 dollar mənfəət əldə olunacaq. Bu isə 2025-ci illə müqayisədə gündəlik gəlirin təxminən 37 milyon dollar artması deməkdir. Ümumilikdə bu şirkətlərin 2026-cı ildə fosil yanacaqlardan əldə edəcəyi gəlirin 94 milyard dollar olacağı gözlənilir. Oxfam vurğulayır ki, bu məbləğ Afrikada təxminən 50 milyon insanı günəş enerjisi ilə təmin etməyə kifayət edə bilər. CNN qeyd edir ki, ABŞ və İsrailin İranla davam edən qarşıdurması fonunda neft-qaz şirkətlərinin gəlirləri sürətlə artır. Buna Hörmüz boğazının blokadası da təsir göstərir — bu marşrutdan əvvəllər dünya neft tədarükünün təxminən 20%-i keçirdi. Mart ayında qlobal neft qiymətləri orta hesabla 100 dollar/barel səviyyəsini keçib, aprelin 28-də isə qiymətlər ayın əvvəlindən ilk dəfə 111 dolları ötüb. Oxfam International-ın iqlim siyasəti üzrə rəhbəri Mariana Paoli CNN-ə bildirib ki, “fosil yanacaq hasilatı ilə məşğul olan korporasiyalar geosiyasi qeyri-sabitlikdən faydalanır, çünki bu cür sarsıntılar qiymətlərin artmasına və onların gəlirlərinin yüksəlməsinə səbəb olur”. Son xəbərlər Energetika Reuters: BƏƏ OPEC və OPEC+ təşkilatlarından çıxır 28/04/2026 Sığorta xəbərləri Azərbaycanın sığorta bazarı 5% böyüyüb 28/04/2026 Nəqliyyat Nazirlik və qurumların avtomobilləri hərracda: qiymətlər 800 manatdan başlayır 28/04/2026 Bank renkinqləri Bankların qeyri-faiz gəlirlərinə görə RENKİNQİ: 2026, I rüb 28/04/2026 Digər xəbərlər Energetika Reuters: BƏƏ OPEC və OPEC+ təşkilatlarından çıxır 28/04/2026 Sığorta xəbərləri Azərbaycanın sığorta bazarı 5% böyüyüb 28/04/2026 Nəqliyyat Nazirlik və qurumların avtomobilləri hərracda: qiymətlər 800 manatdan başlayır 28/04/2026 Bank renkinqləri Bankların qeyri-faiz gəlirlərinə görə RENKİNQİ: 2026, I rüb 28/04/2026