Tez xarab olan malların gömrükdə saxlanma müddəti 3 günə endirilir Ölkə daxili 28/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, tez xarab olan və pirat və ya kontrafakt şübhəsi doğuran malların gömrükdə saxlanma müddəti 10 iş günündən 3 iş gününə endirilir. Məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Layihəyə əsasən, Məcəlləyə yeni – 283.1-1-ci maddənin əlavə olunması təklif edilir. Dəyişikliyə görə, reyestrə daxil edilmiş əqli mülkiyyət hüquqlarının obyektləri olan və tez xarab olan mallar gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı pirat və ya kontrafakt olmasına dair əlamətlər aşkar edildiyi halda, həmin malların buraxılışı daha qısa müddətə dayandırılacaq. Belə ki, mövcud qaydalarda bu müddət 10 iş günü nəzərdə tutulduğu halda, təklif edilən yeni maddəyə əsasən, bu müddət 3 iş günü olacaq. Eyni zamanda, müraciət edən şəxsin əsaslandırılmış müraciəti olduqda, bu müddətin daha 3 iş günü uzadılması mümkün olacaq. MənbəMODERN.AZ TaglargömrükGömrük məcəlləsiMilli Məclis Son xəbərlər Ölkə daxili Hansı mallar ekspres daşınma ilə gömrükdən keçirilə bilməz? 28/04/2026 Ölkə daxili Bu şəxslərin ölkədən çıxışı məhdudlaşdırılacaq 28/04/2026 Ölkə daxili Gömrük yoxlaması yenidən aparıla biləcək 28/04/2026 Ölkə daxili Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək 28/04/2026 Digər xəbərlər Ölkə daxili Hansı mallar ekspres daşınma ilə gömrükdən keçirilə bilməz? 28/04/2026 Ölkə daxili Bu şəxslərin ölkədən çıxışı məhdudlaşdırılacaq 28/04/2026 Ölkə daxili Gömrük yoxlaması yenidən aparıla biləcək 28/04/2026 Ölkə daxili Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək 28/04/2026