"Hizbullah" döyüşçüləri Livanın cənubunda İsrailə məxsus "Hermes 900" pilotsuz uçuş aparatını vurub. "Report"un məlumatına görə, hərəkat bununla bağlı Telegram-da bəyanat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Qantara bölgəsi üzərindən uçarkən yer-hava raketi ilə vurulub. "Hizbullah" həmçinin iddia edir ki, əvvəllər də eyni ərazidə İsrailin "Merkava" tankına hücum edilib. Hərəkat hücumun intiharçı pilotsuz təyyarəsi tərəfindən həyata keçirildiyini iddia edir.