ABŞ “Green Card” və vətəndaşlıq müraciətlərinə nəzarəti sərtləşdirir Ölkə xarici 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ hökuməti “Green Card” və vətəndaşlıq üçün müraciətlər üzrə genişləndirilmiş yoxlamalar tətbiq etməyə başlayıb. “CBS News” və “Reuters”in məlumatına görə, gücləndirilmiş yoxlamalar immiqrasiya güzəştlərinə — sığınacaq, “Green Card” və ABŞ vətəndaşlığı üçün müraciət edən şəxslərə şamil olunur. ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin əməkdaşlarına (USCIS) genişləndirilmiş bioqrafik yoxlamadan keçməmiş heç bir müraciətin təsdiqlənməməsi tapşırılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Təhlükəsizlik yoxlamalarının sərtləşdirilməsi FBI-nin müraciət edənlərin məhkumluq məlumatları bazasına daha geniş çıxışı Donald Trampın fərmanı çərçivəsində USCIS-ə təqdim etməsi ilə əlaqələndirilir. “CBS News”a açıqlamasında USCIS nümayəndəsi bildirib ki, qurum “müraciət edənlərin yoxlanmasını gücləndirmək məqsədilə federal cinayət məlumat bazalarına çıxışı genişləndirərək yeni təhlükəsizlik yoxlamaları tətbiq edib”. TaglarABŞGreen card Son xəbərlər Süni İntellekt (Aİ) DeepSeek-in yeni modeli niyə vacib hadisədir: üç səbəb 29/04/2026 Qeyri-bank kredit təşkilatları Saatılıdakı kredit ittifaqının mənfəəti 16% azalıb 29/04/2026 Ölkə xarici Donald Trampın reytinqi tarixi minimuma düşüb 29/04/2026 Texnologiya xəbərləri “Google” 600 əməkdaşın etirazına baxmayaraq, “Gemini”nin istifadəsi ilə bağlı Pentaqonla razılaşma imzalayıb 29/04/2026 Digər xəbərlər Süni İntellekt (Aİ) DeepSeek-in yeni modeli niyə vacib hadisədir: üç səbəb 29/04/2026 Qeyri-bank kredit təşkilatları Saatılıdakı kredit ittifaqının mənfəəti 16% azalıb 29/04/2026 Ölkə xarici Donald Trampın reytinqi tarixi minimuma düşüb 29/04/2026 Texnologiya xəbərləri “Google” 600 əməkdaşın etirazına baxmayaraq, “Gemini”nin istifadəsi ilə bağlı Pentaqonla razılaşma imzalayıb 29/04/2026