“Azərbaycan Sənaye Bankı” səhmdarlara dividend ödəyəcək Bank xəbərləri 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azərbaycan Sənaye Bankı” ASC-nin Audit Komitəsinin qərarına əsasən Bankın 2026-cı il üzrə növbəti İllik Ümumi Yığıncağı keçiriləcək. Banker.az xəbər verir ki,bankdan verilən məlumata görə, yığıncaq 22 may 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” Yaşayış Kompleksində yerləşən Bankın Baş ofisinin inzibati binasında baş tutacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının və müstəqil auditor rəyinin müzakirəsi və təsdiqi; 2025-ci ilin nəticələrinə dair “İllik Hesabat”ın təsdiq edilməsi; Dividendlərin bölüşdürülməsi; Digər cari məsələlər. Qeyd olunub ki, səhmdarlar gündəliyə dair materiallarla bildirişə əlavə edilmiş sənədlər vasitəsilə tanış ola, həmçinin həftə içi hər gün saat 09:00-dan 18:00-dək Bankın yerləşdiyi ünvanda əlavə məlumat əldə edə bilərlər. Xatırladaq ki, ASB ASC-nin 60 milyon manatlıq nizamnamə kapitalının 98.43%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Gozal-a, 0.57%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur. TaglarAzərbaycan Sənaye Bankı (ASB)dividend Son xəbərlər Süni İntellekt (Aİ) DeepSeek-in yeni modeli niyə vacib hadisədir: üç səbəb 29/04/2026 Qeyri-bank kredit təşkilatları Saatılıdakı kredit ittifaqının mənfəəti 16% azalıb 29/04/2026 Ölkə xarici Donald Trampın reytinqi tarixi minimuma düşüb 29/04/2026 Texnologiya xəbərləri “Google” 600 əməkdaşın etirazına baxmayaraq, “Gemini”nin istifadəsi ilə bağlı Pentaqonla razılaşma imzalayıb 29/04/2026 Digər xəbərlər Süni İntellekt (Aİ) DeepSeek-in yeni modeli niyə vacib hadisədir: üç səbəb 29/04/2026 Qeyri-bank kredit təşkilatları Saatılıdakı kredit ittifaqının mənfəəti 16% azalıb 29/04/2026 Ölkə xarici Donald Trampın reytinqi tarixi minimuma düşüb 29/04/2026 Texnologiya xəbərləri “Google” 600 əməkdaşın etirazına baxmayaraq, “Gemini”nin istifadəsi ilə bağlı Pentaqonla razılaşma imzalayıb 29/04/2026