Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək. "Report"un məlumatına görə, "Atletiko" Madriddə İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq. Görüş "Metropolitano" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı niderlandlı Denni Makkeli idarə edəcək. Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq. Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.