Time: Demokratlar İran münaqişəsinə görə Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır Ölkə xarici 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ Konqresindəki demokratlar prezident Donald Trampın parlamentin razılığı olmadan İranda hərbi əməliyyatları davam etdirməsi halında ona qarşı məhkəmə iddiası qaldırma imkanını nəzərdən keçirirlər. Bu barədə “Time” məlumatlı mənbələrə istinadən yazır. Qanunla Konqresin əməliyyata razılıq verməsi üçün müəyyən edilmiş 60 günlük müddət 1 mayda başa çatır. Nəşrin bir neçə həmsöhbəti bildirib ki, prezident qanunu nəzərə almasa, Konqresin iddia qaldırmaq üçün ciddi hüquqi əsasları olacaq. Onların sözlərinə görə, bu məsələ hələ ilkin müzakirə mərhələsindədir, lakin yaxın həftələrdə aktivləşə bilər. Mənbələrin əksəriyyəti isə məhkəməyə müraciət etməzdən əvvəl parlament mexanizmlərinin tam istifadə olunmasının vacibliyini vurğulayır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məqalədə qeyd olunur ki, federal məhkəmələr çox vaxt Konqreslə prezidentlər arasında hərbi gücün tətbiqi ilə bağlı mübahisələrə baxmaqdan imtina ediblər. Onların qərarlarına görə, bu cür mübahisələr “siyasi məsələ” hesab olunur və seçilmiş hakimiyyət orqanları tərəfindən həll edilməlidir. Bu əsasla məhkəmələr 2002-ci ildə İraqa müdaxilə və 2011-ci ildə Liviyada hərbi əməliyyatlarla bağlı iddiaları rədd etmişdi. Lakin bu dəfə Konqresin daha güclü hüquqi arqumentlərə malik olacağı bildirilir. 1973-cü il Hərbi səlahiyyətlər haqqında qanuna əsasən, əgər Konqres güc tətbiqinə icazə verən qərar qəbul etməzsə, prezident 60 gün ərzində hərbi əməliyyatları dayandırmalıdır. Qanun dövlət başçısının qoşunların çıxarılması üçün əlavə vaxta ehtiyac olduğunu təsdiqləməsi halında bu müddətin bir dəfə 30 gün uzadılmasına imkan verir. İranla münaqişənin başlanmasından bəri Konqres nə hərbi əməliyyatların dayandırılması, nə də onların rəsmən təsdiqi barədə qərar qəbul edə bilib. Son xəbərlər Ölkə daxili Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 29/04/2026 Bank xəbərləri ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi! 29/04/2026 Bank xəbərləri AccessBank QSC Cisco Ironport üzrə tender elan edir 29/04/2026 Ölkə daxili Azərbaycanda 68 şəhərin baş planı təsdiqlənib 29/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 29/04/2026 Bank xəbərləri ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi! 29/04/2026 Bank xəbərləri AccessBank QSC Cisco Ironport üzrə tender elan edir 29/04/2026 Ölkə daxili Azərbaycanda 68 şəhərin baş planı təsdiqlənib 29/04/2026