Azərbaycanda 68 şəhərin baş planı təsdiqlənib Ölkə daxili 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda şəhərsalma sahəsində aparılan islahatlar nəticəsində 68 şəhərin baş planı təsdiqlənib. Banker xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” adlı tədbirdə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, ölkənin 79 şəhərindən 68-nin yeni baş planı hazırlanaraq təsdiq edilib, qalan 11 şəhər üzrə işlər isə davam etdirilir: “Yenilənmiş baş planlar şəhərlərin inkişafını sistemli və proqnozlaşdırılan edir, sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq və investisiya cəlbediciliyi yaradır”. A. Quliyev deyib ki, ölkədə şəhərsalma və tikinti sahəsində son 20 ildə genişmiqyaslı islahatlar həyata keçirilib: “Bu dövrdə normativ hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib və tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb. Tikinti və istismara icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi nəticəsində hazırda ölkədə layihələndirmə əsasında minə yaxın subyekt fəaliyyət göstərir”. Son xəbərlər Ölkə daxili Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 29/04/2026 Bank xəbərləri ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi! 29/04/2026 Bank xəbərləri AccessBank QSC Cisco Ironport üzrə tender elan edir 29/04/2026 Ölkə xarici Time: Demokratlar İran münaqişəsinə görə Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır 29/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 29/04/2026 Bank xəbərləri ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi! 29/04/2026 Bank xəbərləri AccessBank QSC Cisco Ironport üzrə tender elan edir 29/04/2026 Ölkə xarici Time: Demokratlar İran münaqişəsinə görə Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır 29/04/2026